AZ

İran Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək

İran 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək.

News365.az  xəbər verir ki, bunu İranın idman naziri Əhməd Donyamali deyib.

“ABŞ-ın liderimizi qətlə yetirdiyini nəzərə alaraq, heç bir halda Dünya Çempionatında iştirak edə bilmərik”,- nazir bildirib.

Əhməd Donyamali əlavə edib ki, milli komandanın yarışda iştirak etməsi üçün təhlükəsizlik şəraiti uyğun deyil. 

“Övladlarımız təhlükəsizlikdə deyil və ümumiyyətlə, belə yarışlarda iştirak üçün lazımi şərait mövcud yoxdur”, - deyə nazir vurğulayıb. 

Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
98
29
news365.az

10Mənbələr