Gəncədə fevralın 27-də əsən güclü küləyin törətdiyi bəzi fəsadlar hələ də aradan qaldırılmayıb.
"Xəzər Xəbər"ə müraciət edən sakinlər deyirlər ki, şəhərdə fəaliyyət göstərən 46 saylı körpələr evi-uşaq bağçasının külək nəticəsində dağılan damı indiyədək təmir edilməyib.
Xezerxeber.az-ın məlumatına görə, valideynlər üçün yeganə təsəlliverici məqam bağçanın fəaliyyətini dayandırmamasıdır.
Ancaq onların bəziləri uşaqlarını buraya məcburiyyət qarşısında qoyduqlarını deyirlər.
Məsələ ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, güclü külək nəticəsində 46 saylı körpələr evi-uşaq bağçasının dam örtüyünə dəymiş zərərin miqyası dəyərləndirilib. Yaxın günlərdə təhsil müəssisəsində təmir-bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.