“Türk Hava Yolları” (THY) bu gündən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk dəfə birbaşa uçuşlara başlayıb. "Zvartnots" beynəlxalq hava limanına İstanbuldan ilk reys eniş edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslər hər gün həyata keçiriləcək.