AZ

Türkiyədən İrəvana uçuşlar başladı

Dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən Türk Hava Yolları (THY) İstanbul hava limanindan Ermənistanın paytaxtı İrəvana ilk dəfə uçuşlara başlayıb. Metbuat.az xəbər verir ki, ilk uçuşla 170 sərnişin daşınıb. Bildirilir ki, bu uçuşlar İrəvanı THY-nin qlobal uçuş şəbəkəsinə bağlayacaq və sərnişinlərə Türkiyə də daxil olmaqla dünyanın müxtəlif nöqtələrinə uçuşlar təklif ediləcək.

Türk Hava Yollarının baş direktoru Bilal Ekşinin sözlərin görə, THY-nin uçuş şəbəkəsinə Avropa, Afrika və Asiyadan ümumilikdə 6 yeni şəhər əlavə olunub. Yeni istiqamətlər arasında Ermənistanın paytaxtı İrəvanla yanaşı, Temişvar (Rumıniya), Monroviya (Liberiya), Bisau (Qvineya), Çenqdu (Çin) və Urumçi (Çin) var.

Seçilən
88
metbuat.az

1Mənbələr