AZ

Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası yaradıldı

style='margin-bottom:10px;'>

Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

QOL.az xəbər verir ki, komissiyanın sədri Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təyin edilib.

Komissiyanın tərkibində Təhminə Tağızadə - Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Xəzər İsayev - Ədalətli Oyunlar Komissiyasının sədri, Fəridə Əzizova - Atletlər Komissiyasının sədri və Elgün Səfərov - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri yer alıblar.

Qeyd olunur ki, bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Seçilən
92
10
teleqraf.com

10Mənbələr