AZ

"Qarabağ"dan ayrılan hücumçular Avropaya getməkdən imtina etdilər

"Şamaxı"nın hücumçuları Davud Mənsumov və Nihat Mehralıyev legioner həyatı yaşamaqdan imtina edib.

Hər iki oyunçuya Latviyanın “Grobina” klubundan təklif gəlməsini daha öncə xəbər vermişdik.

Tərəflər bütün detallarda razılıq əldə edibmiş.

Amma son anda gənclər ölkəni tərk etmək qərarından imtina ediblər.

Legioner həyatın uğursuz olmasından ehtiyat edərək bu addımı atıblar.

19 yaşlı Mənsumov müqavilə ilə "Qarabağ" klubuna məxsusdur. O, ötən mövsüm sınaq oyunlarında Ağdam təmsilçisinin əsas heyətində debüt edib və 2 görüşdə 2 qol vurub.

"Şamaxı" gənc hücumçunu 2025-ci ilin yayından etibarən icarə əsasında heyətinə qatıb.

Nihat Mehralıyev 2024/25 mövsümü "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub.

Daha əvvəl isə Ukraynada Odessa "Çernomorets"in, Almaniyada "İsmaninq", "Manxinq" klublarının aşağı yaş qruplarında çıxış edib.

Hər iki oyunçu gənclər millimizin üzvüdür.

Bu mövsüm Davud Mənsumov 2, Nihat Mehralıyev isə 4 görüşdə "Şamaxı" formasında meydana çıxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
57
sportinfo.az

1Mənbələr