AZ

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub

Bakı. Trend:

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilərəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub.

Trend xəbər verir ki, söhbətzamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlifsahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilətəhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurlaaparıldığı qeyd olundu. Bir müddət əvvəl Azərbaycanda keçirilmişCənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunulduvə bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulandı.

Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerjitəhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu, 10 Avropa ölkəsinə qazixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi.

Görüşdə, həmçinin nəqliyyat, logistika və bağlantılar üzrəmüzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühümrol oynadığı bildirildi. Orta Dəhlizin tərkib hissəsi kimi TRIPPlayihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvandəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropaİttifaqının iştirakına toxunuldu.

Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləriəsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləriətrafında müzakirələr aparıldı.

Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuşnailiyyətlər xüsusi qeyd edildi, Avropa İttifaqının da sülhgündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazırolduğu bildirildi.

Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasındarəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərininyaradılması sahələrində əməkdaşlığın perspektvilərinə dair fikirmübadiləsi aparıldı.

Görüşün sonunda Prezident İlham Əliyevlə Avropa İttifaqıŞurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı qəbuledildi.

Seçilən
108
42
az.trend.az

10Mənbələr