Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İtaliyanın "Napoli" klubu Şotlandiya yığmasının ulduz yarımmüdafiəçisi Skott Maktomineylə olan müqaviləsini uzatmaq niyyətindədir.
Moderator.az "Sky Sports"a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi şotlandiyalı oyunçuya 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə təklif etməyi planlaşdırır.
Hazırda komandanın əsas simalarından birinə çevrilməsinə baxmayaraq, Maktominey klubun ən çox maaş alan beş futbolçusu siyahısında yer almır. Gözlənilir ki, rəhbərliyin təklif edəcəyi yeni müqavilə sayəsində bu maliyyə vəziyyəti onun xeyrinə dəyişəcək.
Xatırladaq ki, istedadlı yarımmüdafiəçi 2024-cü ilin yay transfer pəncərəsində "Mançester Yunayted"dən "Napoli"nin heyətinə qatılıb. Cari mövsüm ərzində o, neapolluların forması ilə çıxdığı 34 rəsmi matçda 10 dəfə rəqib qapılarına yol tapıb və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.