AZ

Amin Məmmədov: İctimai Şura ekoloji məsələlərdə ictimai nəzarətin güclənməsinə çalışıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü  (Şuranın 2023-2025-ci il dönəmində sədr) Amin Məmmədov QHT.az-ın  suallarını cavablandırıb.

 

- 2025-ci ildə rəhbərlik etdiyiniz İctimai Şuranın əsas fəaliyyət istiqamətləri və ən önəmli nəticələri nələr olub?

2025-ci ildə rəhbərlik etdiyim Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın əsas fəaliyyətləri aşağıdakılar olmuşdur:

  • Nazirliyin rəhbərliyi və tabeli qrumlarının əməkdaşları ilə münasibətlərdə əməkdaşlığın genişləndirilməsi,
  • müxtəlif istiqamətdə fəaliyyət göstərən tabeli qrumlarla görüşlərin keçirilməsi,
  • onlar tərəfindən keçirilən tədbirlərdə şura üzvləri ilə birlikdə iştirak, müzakirələrdə yeni ideaların və təkliflərin irəli sürülməsi.

Əsas nəticələr aşağıdakılar olmuşdur.

ETSN yanında ictimai şura üzvləri olaraq Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan ictimai müzakirələrdə iştirak etməklə müxtəlif layihələrin (əsasən infrastruktur layihələri) ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə müzakirələrdə ictimaiyyətin rəyini ifadə etmək, həmçinin bu layihələri icra edən qurumlara sualları ünvalandırmaq və ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı cavabların alınmasını təmin etmək.

- Dövlət qurumu ilə əməkdaşlıq və qəbul olunan qərarların icrası hansı səviyyədə təmin edilib?

Dövlət qrumları ilə əməkdaşlıq qənaətbəxş səviyyədə olmuşdur. Qəbul olunan qərarların icrası fərqli səviyyədə təmin edilmişdir. Bəzi qərarlar operativ şəkildə icra olunmuş, bəzilərində isə ləngimələr müşahidə olunmuşdur.

- Şura 2025-ci ildə vətəndaşlarla və media ilə kommunikasiya sahəsində hansı addımları atıb? İctimaiyyətin məlumatlandırılması və iştirakçılığı necə təmin olunub?

ETSN yanında ictimai şura 2025-ci ildə vətəndaşlarla və media kommunikasiya sahəsində çox saylı addımlar atmışdır. Yerli kütləvi informasiya vasitələrinə çox sayda (13 üzvdən 6 üzv tərəfindən KİV-də 700-dən çox müsahibə) müsahibələr verilmişdir. Müsahibələrdə istər şuranın sədr müavini, istərsə də üzvlər fərqli istiqamətlərdə açıqlamalar verməklə ictimaiyyətin məlumatlandırılmasında iştirak etmişlər.

- Bu il fəaliyyət zamanı hansı çətinliklər və ya boşluqlar hiss olunub?

İctimai fəaliyyətin həyata keçirilməsi zamanı ciddi çətinliklərlə üzləşilməmişdir. Müəyyən boşluqlar hiss olunub onların aradan qaldırılması üzrə nazir müavini və idarə rəisləri səviyyəsində məsələ qaldırılmışdır.

- 2026-cı il üçün prioritet hədəfləriniz və planlarınız nələrdir?

2026-cı ilin mart ayında ictimai çuranın yeni tərkibi seçilmiş, 11 nəfərdən ibarət yeni tərkib təsdiqlənmişdir. Hazırda yaxın günlərdə ictimai şuranın sədr müavini və katibi seçilməsi nəzərdə tutulur. Onlar edildikdən sonra hədəflərin və planların hazırlanması nəzərdə tutulur.

 

Seçilən
81
qht.az

1Mənbələr