AZ

Braziliyada qərar tutdu

Nəhayət, Cessi Linqard özünə yeni komanda tapıb. İngiltərə yığmasının sabiq oyunçusu karyerasını Braziliyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Korintians”la anlaşıb. O, “ağ-qaralar”la “1+1 il” sxemi ilə müqavilə imzalayacaq.

Cessinin sonuncu klubu “Seul” olub. Koreya klubundan ötən ilin sonunda ayrılan ingiltərəli əvvəllər “Mançester Yunayted”, “Brayton” və “Vest Hem”də çıxış edib.

Seçilən
99
1
football-plus.az

2Mənbələr