AZ

Avropanın rəhbəri Bakıdan nə istəyir?

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək görüşü keçirilib. Dövlət başçısı görüş zamanı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib: “Keçən il bir neçə dəfə iqtisadi göstəricilərə baxdım və bu ilin yanvarında ticarətimizin 50 faizi Avropa İttifaqı ilə həyata keçirilib. Bu isə göstərir ki, bizim üçün Avropa İttifaqı bir nömrəli ticarət tərəfdaşıdır. Əminəm ki, yeni layihələr, investisiya imkanları və hər iki istiqamətdə investisiyaların artması ilə biz bu sahədə daha aktiv fəaliyyət göstərəcəyik”.Antonio Koştanın Bakıya gəlişi sadəcə protokol xarakterli deyil. Bu səfər Avropanın enerji təhlükəsizliyi və regional sabitlik məsələlərində Azərbaycanı vazkeçilməz tərəfdaş kimi gördüyünün növbəti təsdiqidir. Son zamanlar regionda yaşanan gərginlik Avropada enerji təhlükəsizliyi ilə bağlı ciddi problemləri meydana çıxarır ki, bu da Azərbaycanın strateji önəmini daha da artırır. Eyni zamanda, Ukraynada davam edən müharibə Avropanı Rusiya qazından asılılığı minimuma endirməyə vadar edir. Belə bir şəraitdə Azərbaycanın "Cənub Qaz Dəhlizi" vasitəsilə tədarük etdiyi mavi yanacaq Avropa üçün həyati əhəmiyyət kəsb edir".Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, dövlət başçısının qeyd etdiyi ticarət rəqəmləri Azərbaycanın ən əsas iqtisadi tərəfdaşının Aİ olduğunu bir daha sübut edir:"Bundan savayı, İttifaq Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqları nəzərə almaya bilməz. Ehtimal olunur ki, Aİ Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması prosesinə öz töhfəsini verməyə çalışacaq. Brüssel bölgənin artan iqtisadi və siyasi rolunun fərqindədir və bu proseslərdən kənarda qalmaq istəmir. Xüsusilə, Zəngəzur dəhlizinin "Şərq-Qərb" ticarət yolunda əsas həlqəyə çevriləcək olması Cənubi Qafqazın əhəmiyyətini qlobal miqyasda artırır.Bundan başqa, Azərbaycan artıq təkcə ənənəvi qaz ixracatçısı deyil, həm də mühüm yaşıl enerji mərkəzinə çevrilmək niyyətindədir. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli vasitəsilə bərpa olunan enerjinin Avropaya nəqli hazırda gündəmin əsas mövzularından biridir".O qeyd edib ki, Rusiya ilə artan gərginlik fonunda Avropa İttifaqının Rusiyadan yan keçməklə Çindən Avropaya yük daşımaları üçün etibarlı tranzit yollarına ehtiyacı var:"Orta Dəhliz layihəsi hazırda bu məsələdə əvəzedilməz rola malikdir və Azərbaycan bu dəhlizin əsas halqasıdır. Gələcəkdə bu sahəyə, eləcə də kənd təsərrüfatı, texnologiya və rəqəmsallaşma sektorlarına Avropadan böyük həcmdə investisiyaların yatırılması gözlənilir.İttifaq rəhbərinin ölkəmizə səfəri bir daha təsdiqləyir ki, Azərbaycan Avropa üçün regionda etibarlı və əvəzolunmaz strateji müttəfiqdir".Anar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
1
newscenter.az

2Mənbələr