AZ

İrana hücumda bu generallar öldürülüb SİYAHI

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İsrail və ABŞ-ın hərbi əməliyyatlarının ilk günlərində İran Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxsləri hədəfə alınıb.

Globalinfo.az xəbər verir ki, hücum zamanı İranın Müdafiə Şurasının iclası keçirilərkən aşağıdakı şəxslər həlak olub:

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdulrahim Musavi,

İnqilab Keşikçiləri Korpusunun komandiri Mohammad Pakpur,

Müdafiə Şurasının katibi Ali Şamxani,

Müdafiə naziri Əziz Nasirzadə.

Bundan başqa, digər yüksək rütbəli hərbçilər də hava hücumları nəticəsində məhv ediliblər:

Baş Qərargahın rəhbəri, general-mayor Məhəmmad Şirazi,

Baş Qərargahın Kəşfiyyat İdarəsinin müavini, general Şahid Saleh Asadi.

İran mətbuatı bildirir ki, həmçinin logistik məsələlər üzrə Baş Qərargahın müavini Mohsen Darebaği də öldürülüb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
globalinfo.az

1Mənbələr