AZ

Marseldə lisey şagirdlərinin etirazına polis müdaxilə edib, bir nəfər saxlanılıb

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Marselin “Lycée Thiers” liseyi qarşısında təhsil büdcəsinin ixtisarına etiraz edən şagirdlərin aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Révolution Permanente Marseille” onlayn media qrupu məlumat yayıb. Məlumata görə, aksiya iştirakçıları bəzi məktəblərdə dərs saatlarının və seçmə fənlərin azaldılmasına qarşı çıxıblar. Etirazçıların bildirdiyinə görə, xüsusilə “Lycée Saint Charles” liseyində dərs yükü 77 saat azaldılıb, bir neçə fənn isə tədris planından çıxarılıb. Aksiya zamanı şagirdlərlə polis arasında gərginlik yaşanıb. Şahidlərin iddiasına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dinc aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Bir şagirdin döyüldüyü, digərinin isə saxlanıldığı bildirilir.

Hadisədən sonra günorta saatlarında müəllimlər və şagirdlər yenidən toplaşaraq saxlanılan şəxsin azad olunmasını tələb ediblər. Hazırda Marseldə dövlət məktəblərinin müdafiəsi naminə etirazlar geniş vüsət alıb. “Lycée Victor Hugo”, “Lycée Diderot” və “Lycée Montgrand” kimi təhsil müəssisələrində də dərslərin boykot edildiyi və binaların blokadaya alındığı qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
3
yeniazerbaycan.com

4Mənbələr