AZ

Yevlaxda azyaşlı uşaq su arxına düşərək öldü

Yevlax şəhərində azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Qaraçılar məhəlləsində qeydə alınıb. İlkin məlumata əsasən, 2024-cü il təvəllüdlü azyaşlı uşaq valideyn nəzarətindən kənarda qaldığı vaxt yaxınlıqdan keçən su arxına düşərək boğulub.

Ailə üzvləri hadisədən xəbər tutduqdan sonra uşağı sudan çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb və azyaşlının öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
102
unikal.az

1Mənbələr