AZ

Bakıda polis həmin “həkim”i SAXLADI

Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb.

Doğru.az xəbər verir ki, məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.

Ekstrasens olduğu deyilən şəxs bioenerji və ya enerji terapiyası etdiyini bildirirmiş.

DOĞRU.AZ

Seçilən
78
19
dogru.az

10Mənbələr