AZ

MOK-da yeni komissiya: sədri Azər Əliyev oldu

MOK-da yeni komissiya: sədri Azər Əliyev oldu

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

AFN.az xəbər verir ki, bu barədə MOK məlumat yayıb. Bildirilib ki, komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malik şəxslərdən formalaşıb: Azər Əliyev – Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Təhlükəsiz İdman Komissiyanın sədri; Təhminə Tağı-zadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru; Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri; Fəridə Əzizova – Atletlər Komissiyasının sədri; Elgün Səfərov – Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri.

Bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Seçilən
93
4
afn.az

6Mənbələr