
Yevlaxda nəzarətsiz qalan azyaşlı arxa düşərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə rayonun “Qaraçılar məhəlləsi” adlanan ünvanında baş verib. Məhəllə sakini olan 2024-cü il təvəllüdlü uşaq valideyn tərəfindən nəzarətsiz qaldığından yaxınlıqdan keçən arxa düşərək boğulub.
Ailə üzvləri hadisədən xəbərdar olanda artıq gec olub. Faktla bağlı araşdırma aparılır.