AZ

Azərbaycanın strateji ərzaq ehtiyatı necə müəyyən edilir? – RƏSMİ


Azərbaycanın strateji ərzaq ehtiyatlarının həcmi bir neçə əsas göstərici əsasında müəyyən olunur. 
Gender.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi AZƏRTAC-ın sorğusuna cavabında bildirib.
Qeyd edilib ki, dünyada baş verən siyasi və iqtisadi proseslər, həmçinin təchizat zəncirlərində yarana biləcək problemlər ölkələr üçün dövlət ehtiyatlarının formalaşdırılmasını vacib edir. Məqsəd daxili bazarın sabitliyini qorumaq və mümkün böhranların təsirini azaltmaqdır.
Bildirilib ki, Azərbaycanda strateji əhəmiyyətli mallar üzrə təchizat zəncirinin daha səmərəli qurulması və bazarın qısamüddətli risklərə qarşı davamlılığının artırılması üçün Prezidentin fərmanı ilə Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Agentlik bu malların ehtiyatlarının formalaşdırılması və bazarda kəskin qiymət dəyişikliklərinin qarşısının alınması üçün tədbirlər görür.
Strateji ehtiyatların həcmi isə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir.
Məlumata görə, ehtiyatların həcmi xüsusi nomenklatura siyahısına əsasən hesablanır. Bu siyahıda malların adı, ölçü vahidi və tələb olunan minimal ehtiyat miqdarı göstərilir.
Minimal ehtiyat həcmi müəyyən edilərkən əsasən bu amillər nəzərə alınır:
  • ölkənin həmin məhsul üzrə özünütəminetmə səviyyəsi
  • məhsulun idxal müddəti
  • saxlanma şərtləri
  • tədarük mənbələrinin sayı
  • ölkədə istehlak göstəriciləri
Bu göstəricilər əsasında strateji ərzaq ehtiyatlarının nə qədər olmalı olduğu müəyyənləşdirilir ki, mümkün böhran vəziyyətlərində daxili bazarda qıtlıq yaranmasın.
Seçilən
23
1
gender.az

2Mənbələr