"ABŞ İrana qarşı zərbələri əvvəlki güclə davam etdirmək niyyətindədir".
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Kentukki ştatına uçuşdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Vaşinqtonun İrana qarşı əməliyyatı başa çatdırmaq üçün hansı hərbi addımları atmalı olduğu barədə suala cavab verən Tramp ABŞ-nin "əvvəl etdiyindən daha çoxunu edəcəyini" deyib.
O iddia edib ki, İranın "artıq donanması və hərbi aviasiyası qalmayıb".
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton daha sərt addımlar ata bilər:
"Biz bəzi şeylərə toxunmuruq. Onları bu gün, bir saat ərzində məhv edə bilərik. Əgər zərbə endirsəydik onlar heç vaxt bərpa oluna bilməzdilər".