
Federal Təhqiqat Bürosu (FTB) Kaliforniya ştatının polis idarələrinə İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə ABŞ-ın Qərb sahillərinə gözlənilməz zərbələr endirə biləcəyi barədə xəbərdarlıq göndərib.
AFN.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanları arasında paylanılan sənəddə İranın fevralın əvvəlindən etibarən naməlum mülki gəmilərdən istifadə edərək Kaliforniyadakı hədəfləri vurmağı planlaşdırdığı iddia edilir.
Xəbərdarlıqda qeyd olunur ki, bu cür hücumlar ABŞ-ın İrana birbaşa zərbələr endirəcəyi təqdirdə qisas xarakteri daşıyacaq. FTB hədəflərin dəqiq yeri və ya hücumun vaxtı barədə əlavə məlumatının olmadığını bildirsə də, yerli polisi ayıq-sayıq olmağa çağırıb.