AZ

FTB dən xəbərdarlıq: İran ABŞ a zərbə endirə bilər!

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Federal Təhqiqat Bürosu (FTB) ölkənin qərb sahillərinə İran PUA-larının mümkün hücumları ilə bağlı Kaliforniya polis idarələrinə xəbərdarlıq göndərib.

Axar.az xəbər verir ki, bu barədə ABC-nin məlumatında deyilir.

Bildirilib ki, xəbərdarlıq bir neçə gün əvvəl polisə çatdırılıb.

"Bu yaxınlarda məlumat aldıq ki, 2026-cı ilin fevral ayının əvvəllərindən başlayaraq İran ABŞ-ın hücumu halında naməlum gəmidən ABŞ sahillərinə, xüsusən də Kaliforniyadakı naməlum hədəflərə qarşı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək qəfil hücum etməyə çalışıb", - deyə bildirilib.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
axar.az

1Mənbələr