AZ

“Toyda hər janrı oxuyur, belə müğənni harada var?”

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əməkdar artist Ədalət Şükürov "Həmin Zaur" verilişində müğənnilərin müxtəlif janrlarda mahnı ifa etməsi ilə bağlı fikirlərini bölüşüb.

Axşam.az xəbər verir ki, sənətçi bir ifaçının eyni anda müxtəlif janrlarda mahnı oxumasını düzgün hesab etmədiyini bildirib:

“Hər müğənni yerini bilməli, özünü rahat hiss etdiyi janrlarda mahnı ifa etməlidir. Mən muğam, rep oxusam və ya başqası şanson ifa etsə, düz gəlməz. O ki qaldı bizim müğənnilərimizə — rus, ingilis dillərində, xalq mahnısı, şanson, muğam oxuyurlar. Belə müğənni harada var? Vallah, yoxdur. Toya gəlirsən, müğənni 4 saat ərzində nə istəsən oxuyur. Amma məsələn, Rusiyada müğənniyə desəniz ki, filankəsin mahnısını oxu, qəti ifa etməz. Deyər ki, o onun repertuarıdır, mən necə ifa edim?”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
axsam.az

1Mənbələr