AZ

Çempionlar Liqası: "Arsenal" son dəqiqələrdə məğlubiyyətdən xilas olub

Bakı, 9 fevral, AZƏRTAC

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, İngiltərənin "Arsenal" klubu Almaniyada "Bayer"in qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. İkinci yarının əvvəlində - 46-cı dəqiqədə Robert Andrix fərqlənib. London təmsilçisi məğlubiyyətdən matçın sonlarına yaxın xilas ola bilib. Təyin olunan penaltini 89-cu dəqiqədə Kay Haverts dəqiq yerinə yetirib.

Komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək.

Seçilən
98
2
azertag.az

3Mənbələr