AZ

400 illik batmış gəminin qalıqları İngiltərə sahillərində aşkar edilib

Əsrlər boyu qum altında gizlənmiş şeylər nəhayət ki, üzə çıxdı. 1631-ci ildə batan gəminin gövdəsi nəhayət tapıldı.

QHT.az xəbər verir ki, İngiltərənin cənub sahillərində güclü fırtınadan sonra qumların altından 17-ci əsrə aid Hollandiya ticarət gəmisi “Fame”-ın itkin düşmüş gövdəsinin qalıqları aşkar edilib. Məlumata görə, gəmi 1631-ci ildə Karib dənizindən Avropaya duz daşıyarkən İngiltərənin cənub sahillərində qum sahilinə oturaraq qəzaya uğrayıb. Qəza nəticəsində gəmi parçalanıb və heyət üzvləri onu tərk etmək məcburiyyətində qalıb.

Arxeoloqların bildirdiyinə görə, Studlend çimərliyində tapılan qalıqların uzunluğu təxminən 6 metr, eni isə 2 metrdir. Taxta hissələr və mismarlar 400 ildən sonra belə yaxşı qorunub saxlanılıb. Mütəxəssislər qalıqlar üzərində əlavə araşdırmalar apararaq ağacların mənşəyini müəyyənləşdirməyi və onların həqiqətən “Fame” gəmisinə aid olub-olmadığını dəqiqləşdirməyi planlaşdırırlar.

 

R. İmanov

Seçilən
18
qht.az

1Mənbələr