AZ

"İstəsək, İranın ifrastrukturunu bir saata məhv edərik" - Tramp

ABŞ İrana daha da ciddi ziyan vurmaq və ölkənin qalan infrastrukturunu "bir saat ərzində" məhv etmək iqtidarındadır.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Ağ Evdə İranla müharibəni bitirmək üçün hansı əlavə hərbi əməliyyatların zəruriliyi ilə bağlı suala cavab olaraq Tramp "İndi etdiyimiz kimi" deyib.

O, İranın əhəmiyyətli itkilərinə, o cümlədən donanmasının, hava qüvvələrinin, hava hücumundan müdafiə sistemlərinin və rəhbərliyinin əhəmiyyətli bir hissəsinin məhv edilməsinə işarə edib.

"Bəzi şeyləri toxunulmaz saxlayırıq, amma istəsək, bu günortadan sonra - əsasən bir saat ərzində - məhv edə bilərik. Onlar sözün əsl mənasında heç vaxt bu ölkəni bərpa edə bilməyəcəklər", - deyə Tramp bildirib.

Daha sonra prezident hərbi əməliyyatın miqyasını təkrarlayaraq əlavə zərbələrə işarə edib:"Biz onlara tarixdəki hər hansı bir ölkədən daha çox zərbə vurduq və hələ də bunu bitirməmişik"./Bakıvaxtı.az/

Seçilən
70
4
turkustan.az

5Mənbələr