JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan Milli Konservatoriyasının dosenti, kamança ifaçısı Mehri Əsədullayevanın “Ak bayan” adlı solo konserti keçirilib.Tədbirdən əvvəl qonaqlar BMM-in foyesində Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev və Mehri Əsədullayevanın müəllifi olduğu kitablardan ibarət sərgi ilə tanış olublar.Daha sonra konsert Mehri Əsədullayevanın ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.Mehri füsunkar ifası ilə tamaşaçıları Şərq dünyasına səyahətə dəvət edib. O, kamança alətində ifa ilə yanaşı, solo vokal nömrələr də təqdim edib.Proqramda Azərbaycan musiqisi ilə bərabər, Şərq xalqlarının nəğmələri də səsləndirilib.Gecədə yazıçı-şairə Mahcamal çıxış edərək Mehri Əsədullayevanın yaradıcılıq yolundan söz açıb. Bildirib ki, hazırda məzunu olduğu Azərbaycan Milli Konservatoriyasında kamança ixtisasından dərs deyən M.Əsədullayeva dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. Müxtəlif illərdə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində çalışan ifaçı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Niyazı adına Simfonik Orkestr, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə konsertlərlə yanaşı, bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun Xalq artisti Şəfiqə Eyvazovaya həsr etdiyi “Kamança konserti”nin də ilk ifaçıdır.Konsertin sonunda M.Əsədullayeva qonaqlara təşəkkür edərək atası professor Arif Əsədullayevin bərpa etdiyi Azərbaycan zərbi muğamı “Kərəmi”ni ifa edib.Sənət gecəsində ifaçını beynəlxalq müsabiqələr laureatı Cəlal Səmədov (piano), zərb alətlərində Cəbrayıl Cəbrayılov, Səbuhi İsmayılov və Kənan Sadıqov müşayiət ediblər.Konsert proqramı tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX