AZ

Berezovskinin öldüyü malikanə satışa çıxarılıb

ain.az, 525.az portalına istinadən məlumat verir.

Məşhur rusiyalı oliqarx Boris Berezovskinin öldüyü malikanə satışa çıxarılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Berkşir qraflığında yerşələn "Swan Lake" ("Qu quşu gölü") adlı malikanəyə 20 milyon funt sterlinq qiymət qoyulub.

Əsas evdə 12 hamam, 9 yataq otağı, bilyard zalı, spa-mərkəz, trenajor zalı və s. var. Ümumilikdə 25 akrlıq ərazidə əsas tikilidən başqa qonaq evi, tennis kortu, qış bağı və ən əsası qu quşlarının üzdüyü 2 süni göl salınıb.

Malikanə 2017-ci ildə bir dəfə satışa çıxarılıb. Amma satılıb-satılmamağı barədə məlumat yoxdur. Ötən ilin dekabrında ikinci dəfə satışa çıxarılması barədə elanlar dərc olunub. Üstəlik, satıcının Berezovskinin keçmiş arvadı Qalina Beşarovanın olduğu bildirilir.

Qeyd edək ki, Boris Berezovski 2013-cü il martın 23-də "Swan Lake"da ölü tapılmışdı. Sonradan istintaq onun intihar etməsi barədə qənaətə gəlmişdi.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
525.az

1Mənbələr