AZ

İrana Dubay şoku - BƏƏ qərar verdi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan iranlı mənbələr əmirlikdə iranlılara məxsus farsdilli məktəblərin fəaliyyət icazələrinin ləğv ediləcəyi barədə məlumat yayıblar. Musavat.com bu barədə xəbər verir.

Məlumatlı bir mənbənin sözlərinə görə, Dubayda fəaliyyət göstərən bütün İran məktəblərinin lisenziyalarının ləğvi barədə BƏƏ hökumətinin qərarı var.

Gunaz.tv Dubaydakı farsdilli "Tohid" məktəbinin direktorunun özünün İnstaqram səhifəsinin hekayə bölməsində paylaşdığı mesajdan bəhs edib. Həmin şəxs bildirib ki, bu təhsil mərkəzinin təxminən 60 illik fəaliyyətindən sonra bağlanacaq.

Tohid məktəbi Dubaydakı iranlı icmasının köhnə təhsil müəssisələrindən biri hesab olunurdu və uzun illər bu şəhərdə yaşayan iranlı ailələrin uşaqlarına təhsil verirdi.

Bu hadisələr İran və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin müharibənin başlaması, eləcə də Əmirliyin müxtəlif bölgələrinə dron və raket hücumlarından sonra ciddi şəkildə gərginləşdiyi bir vaxtda baş verir.

Musavat.com

 

Seçilən
98
1
musavat.com

2Mənbələr