Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müğənni Rihannanın Beverli Hillsdə yerləşən villasına silahlı hücum edən qadın barəsində ağır ittihamlar irəli sürülüb.
Axşam.az xəbər verir ki, İvana Ortizə qarşı ümumilikdə 14 cinayət epizodu üzrə ittiham irəli sürülüb. Bu ittihamlara qəsdən adam öldürməyə cəhd, silahlı hücum və yaşayış evinə atəş açılması daxildir.
Məlumata görə, məhkəmə onu bütün maddələr üzrə təqsirli bilsə, 30 yaşlı Ortiz ömürlük azadlıqdan məhrum edilə bilər.
İş üzrə ilkin məhkəmə iclasının 25 mart tarixində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, istintaqın məlumatına görə, qadın avtomobildə olarkən müğənninin villasına təxminən 10 dəfə atəş açıb. Hadisə baş verən zaman Rihanna evdə olub. Atışma zamanı xəsarət alan olmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.