AZ

İsveçrədə avtobusu ruhi xəstənin yandırdığı məlum olub

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Srağagün axşam Kersers şəhərində avtobusda baş verən yanğının səbəbi bəlli olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bölgə prokuroru Rafael Burken məlumat verib.

Onun sözlərinə görə, avtobusdakılardan biri 60 yaşlı yerli sakin olub. O, ruhi xəstə imiş. Böyük ehtimalla daha əvvəl mikroavtobus olduğu deyilən nəqliyyat vasitəsində yanğını da məhz o benzin tökməklə törədib.

Xatırladaq ki, "Postbus" poçt daşıma kompaniyasına yanğın zamanı 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
525.az

1Mənbələr