AZ

Sabunçuda məktəb lahiyəsi milyonluq büdcəsi ilə gündəmə gəldi

“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsi Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəbin infrastrukturunun yenidən qurulması istiqamətində mühüm satınalma elan edib.

NOCOMMENT.az xəbər verir ki, layihə çərçivəsində köhnə məktəb binasının sökülərək yerində 528 şagird yerlik müasir tələblərə cavab verən yeni binanın tikintisi, habelə bu proseslə bağlı əlavə işlərin görülməsi və təhsil müəssisəsinin zəruri mebel avadanlıqları ilə təchiz edilməsi nəzərdə tutulur. Fond tərəfindən həyata keçirilən bu genişmiqyaslı tikinti və təchizat işləri üçün ehtimal olunan ümumi qiymət 1.308.688,28 AZN məbləğində müəyyən edilib.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu (TİF), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən publik hüquqi şəxsdir. /32gun.az/

Seçilən
48
nocomment.az

1Mənbələr