AZ

Avropa çempionu: Gələcəkdə daha böyük nəticələr əldə edəcəyimə inanıram

Zrenyanin, 12 mart, AZƏRTAC

Avropa çempionatında ilk qızıl medalımı qazandım.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində təşkil edilən U-23 Avropa çempionatında qızıl medal medal qazanan Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev deyib.

92 kiloqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib: "Daha əvvəl dünya çempionatında ilk "üçlük"də yer almışdım. Bu dəfə qızıl qazanmaq qismət oldu. Əziyyəti olan hər kəsə təşəkkür edirəm. Gələcəkdə daha böyük nəticələr əldə edəcəyimə inanıram".

Qeyd edək ki, ümumilİkdə 8 medal qazanan sərbəst güləş yığması komanda hesabında ikinci olub.

Müxbir: Cavid Əliyev

Seçilən
88
1
azertag.az

2Mənbələr