AZ

Beynəlxalq Enerji Agentliyi dünya bazarına rekord həcmdə neft çıxaracaq

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr Yaxın Şərqdəki gərginlik fonunda enerji qiymətlərinin artımını dayandırmaq üçün strateji ehtiyatlardan dünya bazarına indiyədək qeydə alınan ən böyük həcmdə neftin çıxarılmasını razılaşdırıblar.

Oxu.Az təşkilatın saytına istinadən xəbər verir ki, söhbət 400 milyon barel neftdən gedir.

"Reuters" agentliyi daha əvvəl yazırdı ki, bu proses azı iki ay çəkəcək.

Qeyd edək ki, BEA-ya üzv dövlətlər 1.2 milyard bareldən çox strateji neft ehtiyatlarına, habelə 600 milyon barel sənaye ehtiyatlarına malikdirlər .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
oxu.az

1Mənbələr