AZ

Bakıda saxlanılan özbək “həkim”in Elçin Hüseynovun evindən görüntüsü YAYILDI VİDEO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bakıda saxlanılan özbək “həkim” İqbol Soliyevin müğənni Elçin Hüseynovun evindən görüntüsü yayılıb.Bizim.Media xəbər verir ki, sözügedən şəxs bir neçə gün öncə ifaçının evində olub.Həmin video sosial mediada paylaşılıb. Elçin dırnaqarası həkimi anasını müalicə etməsi üçün evinə dəvət edib.

 

Qeyd edək ki, Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.

Klinikada xəstələri əl enerjisi ilə 60 manata müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib. O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib.

Sara, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
1
bizim.media

2Mənbələr