AZ

"Milan" "Fiorentina"nın hücumçusunu istəyir

Bakı. Trend:

"Milan" Moise Kini transfer etmək istəyir.

Trend "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki,“rossoneri” bu tip hücumçuya ehtiyac duyur və "Fiorentina"nınfutbolçusunun hansı məbləğə alınmasının mümkün olduğunu öyrənməkniyyətindədir.

İyulun ilk 15 günü ərzində Kinin müqaviləsində 62 milyon avroluqsərbəstqalma bəndi qüvvədə olacaq. Lakin futbolçunun çox uğurlukeçməyən mövsümündən sonra (Serie Ada 24 oyunda 8 qol) bu bəndinböyük əhəmiyyət daşımadığı bildirilir. Milan klubu yaxın həftələrdəmümkün endirimin nə qədər ola biləcəyini öyrənmək üçün danışıqlaraparmağı planlaşdırır.

Moise Kin ildə 4,5 milyon avro qazanır və "Milan"ın baş məşqçisiMassimiliano Alleqri ilə "Yuventus"da birlikdə çalışdığı üçün onayaxşı tanışdır.

Bundan başqa, “qırmızı-qaralar” alternativ variant kimi SerhouGuirassini də nəzərdən keçirirlər. O, hazırda Borussia Dortmunddaçıxış edir. Klub həmçinin Duşan Vlahoviçlə də maraqlanır, lakinserbiyalı hücumçu "Yuventus" ilə müqavilənin uzadılması barədədanışıqları bərpa edib.

Seçilən
27
1
az.trend.az

3Mənbələr