AZ

Tramp: İrana qarşı əməliyyat məqsədlər yerinə yetirilənə qədər davam edəcək

BAKI, 12 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın yalnız qarşıya qoyulan məqsədlər yerinə yetirildikdən sonra başa çatacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp ABŞ-nin Kentukki ştatının Hibron şəhərində çıxışı zamanı danışıb.

ABŞ lideri bildirib ki, əməliyyat başa çatdırılmadan geri çəkilmək planlaşdırılmır. Onun sözlərinə görə, bu proses çox qısa müddətdə yekunlaşacaq.

“Biz işi bitirmədən getməyəcəyik. Bu isə çox tez baş verəcək”, – deyə Tramp qeyd edib.

Tramp həmçinin iddia edib ki, son 11 gün ərzində ABŞ silahlı qüvvələri İranın hərbi imkanlarına ciddi zərbə vurub. Onun sözlərinə görə, ölkənin radar sistemləri və hava hücumundan müdafiə vasitələri demək olar ki, sıradan çıxarılıb.

ABŞ prezidenti əlavə edib ki, əməliyyat başlayandan sonra İranın buraxdığı raketlərin sayı 90%, pilotsuz uçuş aparatlarının sayı isə 85% azalıb. Trampın iddiasına görə, bu müddətdə İran Hərbi Dəniz Qüvvələrinə məxsus 58 gəmi də məhv edilib.

Seçilən
48
teleqraf.com

1Mənbələr