BAKI, 12 mart. TELEQRAF
Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı İsrailin şimalında yerləşən Kiryat-Şmona və Naharija şəhərlərinə raket zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə RT hərəkatın yaydığı bəyanata istinadən məlumat yayıb.
Bəyanatda bildirilib ki, zərbələr “Əl-Əsf əl-Maakul” əməliyyatları çərçivəsində həyata keçirilib.
“Hizbullah”ın açıqlamasında qeyd olunub ki, islam müqaviməti qüvvələrinin döyüşçüləri əvvəlcədən edilən xəbərdarlığa uyğun olaraq Kiryat-Şmona və Naharija yaşayış məntəqələrinə raket zərbələri endiriblər.
Bundan əvvəl “The Times of Israel” nəşri yazmışdı ki, “Hizbullah” İsrailin şimal bölgələrinə təxminən 100 raket buraxıb.