AZ

Berlin hava limanı üzərində naməlum obyekt aşkarlanıb

BAKI, 12 mart. TELEQRAF

Berlin hava limanı üzərində naməlum uçan obyekt aşkar edildiyi üçün aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti hava limanı nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, “Berlin-Brandenburq” hava limanı üzərində naməlum uçan obyekt qeydə alındıqdan sonra təhlükəsizlik səbəbilə uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, hava limanının fəaliyyəti naməlum obyektin müəyyənləşdirilməsi ilə bağlı aparılan tədbirlər çərçivəsində məhdudlaşdırılıb.

Seçilən
35
teleqraf.com

1Mənbələr