AZ

Lazer liposaksiyasının əks göstərişləri: Kimlərə bu prosedur qadağandır?

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Lazer liposaksiyasını hamilə qadınlara, həmçinin ana südü ilə qidalandırma dövründə olanlara qətiyyən tətbiq etmək olmaz".

Oxu.Az xəbər verir ki, bunu News.ru-ya kosmetoloq-həkim və plastik cərrah Zuhra Balakerimova bildirib.

Onun sözlərinə görə, bu prosedur bəzi hallarda insanın sağlamlığı üçün təhlükə yarada bilər.

"Mütləq əks-göstərişlər dedikdə, hər hansı cərrahi prosedurun aparılmasının insanın həyatı və sağlamlığı üçün ciddi risk yaratdığı vəziyyətlər nəzərdə tutulur. İlk növbədə, lazer liposaksiyasını hamilə qadınlara, eləcə də ana südü ilə qidalandırma dövründə olanlara qətiyyən tətbiq etmək olmaz. Bundan başqa, müdaxilə nəzərdə tutulan nahiyədə lokallaşmış aktiv infeksion proseslər və sistemik infeksiyalar da əks-göstəriş sayılır", - deyə mütəxəssis bildirib.

O əlavə edib ki, mütləq əks-göstərişlərə qanın laxtalanmasının ağır pozuntuları da daxildir.

Həkimin sözlərinə görə, belə hallarda cərrahi müdaxilə son dərəcə risklidir, çünki ciddi qanaxma təhlükəsi mövcuddur. Mütəxəssis qeyd edib ki, ürək-damar və ya tənəffüs sistemi ilə bağlı problemlər də lazer liposaksiyasının aparılmasına maneə yarada bilər.

"Lazer liposaksiyası zamanı aktiv böyümə mərhələsində olan bədxassəli şişlər xüsusi təhlükə yaradır. Mütləq əks-göstərişlərə qanın laxtalanmasının ağır pozuntuları da daxildir. Belə vəziyyətlərdə qanaxma riskinin yüksək olması səbəbindən hər hansı cərrahi müdaxilə son dərəcə təhlükəli hesab olunur. Bundan əlavə, ürək-damar və ya tənəffüs sistemi ilə bağlı ciddi problemlər prosedurun aparılmasına maneə ola bilər. Ən geniş yayılmış nisbi əks-göstərişlərdən biri isə nəzarət olunmayan yəni şəkərli diabetdir", - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
135
oxu.az

1Mənbələr