Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun günündə də 4 matç keçirilib.
"Arsenal" Almaniyada "Bayer"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb. "Sportinq" səfərdə turnirin sürpriz komandası "Bodo-Qlimt"lə qarşılaşıb. Norveç klubu 3 cavabsız qolla bu dəfə də təəccübləndirməyi bacarıb. PSJ və "Çelsi" Fransada üz-üzə gəlib. Meydan sahibləri rəqibini 5:2 hesabı ilə üstələyib.
Madriddə isə "Real" "Mançester Siti" ilə qarşılaşıb. İspaniya klubu Federiko Valverdenin het-triki ilə qalib gəlib - 3:0.
Mətləb