AZ

Tramp İranda ölkəni idarə etməyə qadir hakimiyyət görmək istəyir

Tramp İranda ölkəni idarə etməyə qadir hakimiyyət görmək istəyir

ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət başında dövləti idarə etməyə qadir insanların olmasını istədiyini bəyan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib. "İdeal variantda biz İran rəhbərliyində nə etdiyini bilən birini görmək istərdik. Başqa sözlə, dövlət qura biləcək şəxsləri", — deyə Tramp bildirib.

ABŞ Prezidenti "ABC News" telekanalına verdiyi müsahibədə həmçinin qeyd edib ki, İranın növbəti ali rəhbəri, onun namizədliyi Birləşmiş Ştatlar tərəfindən bəyənilmədiyi təqdirdə "çox tab gətirə bilməyəcək".

Qeyd edək ki, İrana endirilən zərbələr nəticəsində ali rəhbər Ayətulla Əli Xamenei və İslam Respublikası rəhbərliyinin bəzi digər mühüm şəxsləri həlak olublar.

Seçilən
34
afn.az

1Mənbələr