AZ

ABŞ strateji neft ehtiyatından 172 milyon barel neft ayıracaq

Vaşinqton administrasiyası strateji neft ehtiyatından 172 milyon barel neft buraxacaq.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi açıqlama verib.

Nazirlik tədarüklərin gələn həftə başlayacağını və çatdırılmanın təxminən 120 gün çəkəcəyini açıqlayıb.

Qeyd olunur ki, strateji ehtiyatın gələn il ərzində təxminən 200 milyon barel neftlə tamamlanması planlaşdırılır.

Hazırda ABŞ ehtiyatında ümumi icazə verilən 714 milyon barel tutumdan təxminən 415 milyon barel neft var.

Seçilən
63
far.az

1Mənbələr