Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ukraynada sülhə nail olmaq üçün Donald Tramp Kiyevə deyil, Moskvaya təzyiq göstərməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Politiko” nəşrinə verdiyi müsahibədə bildirib.
Ukrayna lideri, xüsusən də Trampın Zelenskinin güzəştə getmək və sülh danışıqları aparmaq istəməməsi ilə bağlı son ittihamlarına münasibət bildirib. Prezident xatırladıb ki, Kiyev artıq Trampın öz xahişi ilə də daxil olmaqla, çoxsaylı güzəştlərə gedib.
“Biz Prezident Trampın komandasının Səudiyyə Ərəbistanında təklif etdiyini, onsuz da bir il əvvəl dəstəklədik. Bu, bizim tərəfimizdən bir kompromis idimi? Əlbəttə. Biz olduğumuz yerdə qalırıq, onlar isə Rusiya ərazisinə çəkilmirlər. Onlar işğal etdikləri əraziləri geri qaytarmırlar. Bu, kompromis deyilmi? Mən inanıram ki, elədir”, - deyə Zelenski qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.