AZ

ABŞ Aİ, Hindistan və Çinə qarşı ticarət araşdırmalarına başlayıb

ABŞ Aİ, Hindistan və Çinə qarşı ticarət araşdırmalarına başlayıb

Vaşinqton administrasiyası Avropa İttifaqı və aralarında Hindistan ilə Çinin də olduğu bir sıra ölkələrə qarşı, bu ölkələrdə "artıq istehsal güclərinin" mövcudluğu ilə bağlı ticarət araşdırmalarına başlayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsinin bəyanatında deyilir. Araşdırmalar müxtəlif ölkələrin iqtisadiyyatlarında struktur istehsal artıqlığı və emal sənayesindəki istehsalla bağlı norma, siyasət və təcrübələrə qarşı aparılacaq.

ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib ki, ABŞ artıq öz istehsal bazasını, artıq istehsal gücləri və məhsulları vasitəsilə öz problemlərini bizə ixrac edən digər ölkələr naminə qurban verməyəcək. Qrir hesab edir ki, bu artıq istehsal ABŞ-dakı daxili istehsalı əvəzləyir və ya investisiyaların genişləndirilməsinə mane olur.

Araşdırmalar 1974-cü il "Ticarət haqqında Qanun"un 301-ci bölməsi əsasında aparılır. Bu bölmə ABŞ prezidentinə, digər ölkələr tərəfindən milli ticarətə tətbiq olunan məhdudiyyətlərə qarşı bütün zəruri tədbirləri görmək səlahiyyəti verir.

Aİ, Hindistan və Çinlə yanaşı, Banqladeş, Vyetnam, İndoneziya, Kamboca, Cənubi Koreya, Malayziya, Meksika, Norveç, Sinqapur, Tailand, İsveçrə və Yaponiyaya qarşı da araşdırmalar aparılacaq. Siyahıya Tayvan adası da daxil edilib.

Seçilən
72
2
afn.az

3Mənbələr