AZ

ABŞ İran müharibəsi Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Yaxın Şərqin siyasi arxitekturasını böyük ölçüdə dəyişəcək İran-ABŞ müharibəsinin nəticəsi eyni zamanda Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək".Bunu Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, bu müharibə uzun on illərdən bura regionlarda mövcud olan gərginliyi böyük ölçüdə aradan qaldıracaq, ancaq bunun kimin xeyrinə olacağını müharibənin nəticəsi bəlli edəcək:"İran hakimiyyətinin qaldığı durumda əksər ərəb ölkələrinin ABŞ-la olan strateji müttəfiqliyi məsələsi şübhə altına düşəcək. Bu durumda Cənubi Qafqazda da ABŞ-ın mövqeləri zəifləyə bilər. Əks halda isə regionda tamamilə yeni siyasi mühit yaranacaq". Azər Qasımov onu da deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması əslində hər halda mümkün olacaq:"Çünki hər iki ölkə sülhdə maraqlı görünür. Siyasi durumdan asılı olaraq TRİPP layihəsinin həyata keçirilməsi üçün də şəraiti müharibənin nəticəsi bəlli edəcək. Hesab edirəm ki, bu müharibədən sonra tərəflər indiki şəkildə ayrılsalar, hər iki tərəf özünü qalib elan edəcək ki, bu da geosiyasi duruma az təsir edəcək. Əvvəlki planlar yerində qalacaq".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
1
newscenter.az

2Mənbələr