AZ

Xarici banklar əməkdaşlarına Dubay və Qətərdəki ofislərə getməməyi tapşırıb

Xarici banklar əməkdaşlarına Dubay və Qətərdəki ofislərə getməməyi tapşırıb

ABŞ və İsrailin İranın ən qədim bankının filialına zərbə endirməsindən sonra xarici banklar öz əməkdaşlarını Dubay və Qətərdəki ofislərə getməməyə çağırıblar.

AFN.az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, Amerikanın "Citi" bankı daxili bildirişdə "artan təhlükəsizlik narahatlıqlarını" əsas gətirərək, personallarına Dubay Beynəlxalq Maliyyə Mərkəzindəki (DIFC) regional qərargahı dərhal tərk etməyi tapşırıb.

Britaniyanın "Standard Chartered" bankı da regional mərkəzinin əməkdaşlarını məsafədən iş rejiminə keçirib. Qonşu Qətərdə isə "HSBC" bankı müvəqqəti olaraq hər üç bölməsini bağlayıb. Bu addımlar İranın hərbi komandanlığının regiondakı ABŞ və İsrailə məxsus iqtisadi mərkəzləri və bankları hədəf alacağı ilə bağlı xəbərdarlığından sonraya təsadüf edir.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi bəyan etmişdi ki, ölkənin silahlı qüvvələri ABŞ və İsrailin İran bankına endirdiyi zərbənin qisasını alacaq.

Seçilən
44
afn.az

1Mənbələr