AZ

“Mən bunu sonra bildim”

“Sabah”ın nigeriyalı legioneri Cessi Sekidika Misli Premyer Liqasının 23-cü turunda "Qəbələ" üzərində 7:1 hesablı qələbə haqda danışıb.

Sportinfo.az xəbər verir ki, afrikalı Azərbaycanda keçirdiyi 100-cü oyunda qol vurmasınını bu cür şərh edib:

“Əla oyun keçirdik və yaxşı nəticə göstərdik. Bu, mənim üçün 100-cü oyun idi.

Bunu oyundan sonra bildim. Yubiley oyununda qol vurduğum üçün şadam.

Amma bu, bütün komandamızın uğurudur. Biz ortaq bir məqsədə yönəlmişik və buna doğru çalışırıq. Bu ruhda davam etmək vacibdir”.

Seçilən
30
sportinfo.az

1Mənbələr