Gəncədə 44 yaşlı kişi qətlə yetirilib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yaşayan Kəlbəcər rayon sakini 44 yaşlı Elçin Nağıyev odlu silahla öldürülüb.
İlkin məlumata görə, hadisəni 44 yaşlı kişinin 17 yaşlı oğlu Kənan Nağıyev törədib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində atası 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən övladı K.Nağıyev saxlanılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov