AZ

ABŞ strateji neft ehtiyatından 172 milyon barel nefti bazara çıxaracaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ administrasiyası strateji neft ehtiyatından 172 milyon barel neftin çıxarılacağını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın Energetika Naziri Kris Rayt Beynəlxalq Enerji Agentliyinin (BEA) 32 üzv ölkəsinin Prezident Donald Trampın enerji qiymətlərini aşağı salmaq üçün ehtiyatlarından 400 milyon barel neft və emal olunmuş məhsulların koordinasiyalı şəkildə azad edilməsi tələbini yekdilliklə təsdiqlədiyini açıqlayıb.

Bəyanatda deyilir: "Bu səylərin bir hissəsi olaraq, Prezident Tramp Energetika Nazirliyinə gələn həftədən etibarən Strateji Neft Ehtiyatından 172 milyon barel neft buraxmaq səlahiyyəti verib".

Bildirilib ki, bu prosesin həyata keçirilməsi təxminən 120 gün davam edəcək. Eyni zamanda, strateji ehtiyatların gələn il vergi ödəyicilərinə əlavə xərc olmadan yenidən doldurulması planlaşdırılır. Plan çərçivəsində istifadə olunan həcmdən 20 faiz çox, yəni təxminən 200 milyon barel neftin ehtiyatlara qaytarılması nəzərdə tutulur.

Seçilən
58
banco.az

1Mənbələr