AZ

"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"

The New York Times (NYT) qəzetinin məlumatına görə, ABŞ-ın Iran-a qarşı həyata keçirdiyi hücumların ilk 6 günü ərzində xərclər 11,3 milyard dolları keçib.

Marja.az xəbər verir ki, qəzetin mövzu ilə tanış üç mənbəyə istinadən yaydığı xəbərdə bildirilir ki, United States Department of Defense (Pentaqon) rəsmiləri Konqres üzvlərinə təqdim etdikləri brifinqdə İrana qarşı hücumların maliyyə dəyəri ilə bağlı qiymətləndirmələrini bölüşüblər.

İddialara görə, Pentaqon rəsmiləri görüş zamanı 28 fevralda başlayan hücumlardan sonrakı ilk altı günün xərclərinin 11,3 milyard dollardan çox olduğunu Konqres üzvlərinə bildiriblər.

Lakin həmin hesablamaya hücumlar başlamazdan əvvəl bölgəyə hərbi qüvvələrin yerləşdirilməsi, şəxsi heyətin və texnikanın daşınması ilə bağlı xərclərin daxil edilmədiyi vurğulanır. Bu səbəbdən ümumi xərclərin gələcəkdə daha da artacağı ehtimal olunur.

Seçilən
56
1
marja.az

2Mənbələr